Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Zelenski qeyd etdi ki, bütün gecə Ukrayna Rusiyanın güclü hücumu altında qalıb: “Düşmən 40 raket – qanadlı və ballistik – və təxminən 580 müxtəlif tipli pilotsuz uçuş aparatı buraxdı.”

Onun sözlərinə görə, hücumlar Dnipro və regionunu, həmçinin Mykolaiv, Çerniqov, Zaporijya bölgələrini və Poltava, Kiyev, Odessa, Sumı və Xarkov bölgələrindəki yaşayış məntəqələrini hədəf alıb:

“Düşmən infrastrukturumuzu, yaşayış sahələrimizi və mülki müəssisələrimizi hədəf aldı. Dniproda kaset bombalı raket birbaşa yaşayış binasına dəydi. İndiyədək onlarla yaralı olduğu və təəssüf ki, 3 nəfərin öldüyü məlumdur. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verirəm.”

Zelenski bildirdi ki, hər bir hücum hərbi zərurətdən deyil, Rusiyanın mülki şəxsləri qorxutmağı və infrastrukturu məhv etməyi hədəfləyən şüurlu strategiyasından irəli gəlir.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp