Zelenski: Ukrayna pilotsuz uçan aparatların istehsalını 40% artırmağa hazırdır
Kiyev, 12 iyun (Hibya) – Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsi bu il pilotsuz uçan aparatların istehsalını 40% artırmağa hazırdır və zavodların buna gücü çatır.
Zelenski qeyd edib ki, Rusiyanın genişmiqyaslı müharibəsinin dördüncü ilində Ukrayna ordusu bir milyondan çox rus itkisi qeydə alıb: “Bu, Putinin xəstə geosiyasi fantaziyaları üçün ödəməyə razı olduğu qiymətdir. Amma buna baxmayaraq, o, bu müharibəni bitirməkdən imtina edir.”
O bildirib ki, 12 gün əvvəl Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın Ukraynanı qorxutmaq və NATO-ya hədələyici mesaj göndərmək üçün istifadə etdiyi təyyarəni hədəfə alan “Hörümçək Toru” adlı aşağı maliyyətli PUA əməliyyatını başa çatdırıb:
“Bunlar sadəcə oxşar strateji bombardmançı təyyarələr deyildi, Rusiyanın NATO ərazilərində raket hücumlarını simulyasiya etmək üçün istifadə etdiyi eyni təyyarələr idi. Ukrayna bu il pilotsuz uçan aparatların istehsalını 40% artırmağa hazırdır. Zavodlarımızın gücü var. çatışmayan isə maliyyədir. Düşməndən daha sürətli olmalıyıq.”
Azərbaycan İnformasiya Agentliyi