Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qətər Xarici İşlər Nazirliyinin bəyanatına görə, Qətər Dövləti, İordaniya Haşimilər Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya Respublikası, Pakistan İslam Respublikası, Türkiyə Respublikası, Səudiyyə Ərəbistanı Krallığı və Misir Ərəb Respublikasının xarici işlər nazirləri Prezident Donald Trampın Qəzzadakı müharibəni bitirməkdəki liderliyini və səmimi səylərini alqışlayaraq onun sülh yolunu tapmaq bacarığına güvən ifadə ediblər.

Nazirlər bölgədə sülhün təmin edilməsində ABŞ-la tərəfdaşlığın əhəmiyyətini vurğulayıblar. Bu kontekstdə onlar Trampın müharibəni bitirmək, Qəzzanı yenidən qurmaq, Fələstin xalqının didərgin düşməsinin qarşısını almaq və hərtərəfli sülhə nail olmaq təklifini və həmçinin Qərb Sahilinin ilhaqına icazə verilməyəcəyini açıqlamasını alqışlayıblar.

Nazirlər, region xalqları üçün sülh, təhlükəsizlik və sabitliyi təmin edəcək bir razılaşmanın yekunlaşdırılması və icrası məqsədilə ABŞ və tərəflərlə müsbət və konstruktiv şəkildə əməkdaşlığa hazır olduqlarını təsdiqləyiblər.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp