Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Fransa Prezidenti Makron bəyan edib ki, ABŞ Prezidenti Donald Trampın Qəzzadakı müharibəni bitirmək və bütün girovların azad edilməsini təmin etmək əzmini alqışlayır.

O, İsrailin bu məsələdə qəti mövqe tutacağına ümid etdiyini bildirib və vurğulayıb ki, Həmasın girovları dərhal azad edib bu planı həyata keçirməkdən başqa seçimi yoxdur.

Makron qeyd edib ki, bu elementlər bölgədə davamlı sülhün qurulması üçün bütün əlaqədar tərəfdaşlarla dərindən müzakirə aparmağa imkan verməlidir; bu da Fransa və Səudiyyə Ərəbistanının təşəbbüsü ilə BMT-də 142-dən çox ölkənin razılaşdırdığı elementlər və iki dövlətli həll əsasında həyata keçirilməlidir.

O əlavə edib ki, Fransa buna töhfə verməyə hazırdır və “hər iki tərəfin öhdəliklərini diqqətlə izləyəcək”.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp