Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Aİ üzvü ölkələr çərşənbə günü badam, portağal suyu, quş əti, soya, polad və alüminium, tütün və yaxtalar da daxil olmaqla geniş çeşidli ABŞ məhsullarına 25% tariflərin tətbiqini təsdiqlədilər. Bu, ABŞ-ın Aİ-dən olan polad və alüminium idxalına qarşı tətbiq etdiyi 25% tariflərə cavab olaraq həyata keçirilib.

Bunlar ABŞ prezidenti Donald Trampın qlobal ticarət tərəfdaşlarına qarşı apardığı ticarət müharibəsində Avropanın ilk cavab tədbirləridir.
Macarıstan bu tədbirlərə lehinə səs verməyəcəyini açıq şəkildə bildirib.

Fransa, İrlandiya və İtaliya, Trampın Bourbon viskisini hədəf məhsullar siyahısına daxil etməsinin Avropa spirtli içkilərinə 200% gömrük rüsumunun tətbiqinə səbəb olacağına dair hədəsindən sonra, viskinin siyahıdan çıxarılmasına nail oldular.

Əlavə tariflər 15 Apreldə qüvvəyə minəcək. Digər detallar hələ açıqlanmayıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp