Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Sybiha, 1944-cü ildə Stalin tərəfindən həyata keçirilən və Krım tatarlarının doğma torpaqlarından deportasiyası ilə nəticələnən soyqırımın qurbanlarını anıb.

O bildirib ki, 81 il əvvəl 200 mindən çox Krım tatarı yük vaqonlarına yığılıb Orta Asiyaya sürgün olunub: “Onların demək olar ki, yarısı yerli xalqın qəddarcasına kökündən qoparılması nəticəsində həyatını itirib. Bu günün Rusiyası, Stalinin Krım tatarlarına qarşı həyata keçirdiyi soyqırım siyasətini davam etdirir. 2014-cü ildə Krımın işğalından sonra kütləvi təzyiqlər, axtarışlar, özbaşına həbslər və Məclisin qadağan olunması yerli xalqın öz vətənindən faktiki şəkildə qovulmasına səbəb olub.”

Sybiha qeyd edib ki, Krım tatarları necə ki, sovet rejimindən sağ çıxaraq vətənlərinə qayıdıblar, eyni şəkildə Putin rejimindən də sağ çıxacaq və bir gün Ukrayna Krımına geri dönəcəklər.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp