Albares Azərbaycan və Ermənistan arasında daimi sülhü dəstəkləyir
Madrid, 20 Avqust (Hibya) - İspaniyanın Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Naziri Xose Manuel Albares, Azərbaycan və Ermənistan arasında daimi sülhün təmin edilməsinin İspaniyanın xarici siyasət prioritetlərindən biri olduğunu bildirib.
Albares, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə apardığı telefon danışıqlarında, iki ölkə arasında əldə olunmuş razılaşmaları məmnunluqla qarşıladığını ifadə edib.
Görüşlərdə tərəflərə münasibətlərin normallaşdırılması prosesinə verdikləri töhfəyə görə təbriklərini çatdıran Albares, İspaniyanın bu prosesi dəstəkləməyə davam edəcəyini və əldə olunmuş razılaşmanın icrasında da konstruktiv rol oynamağa hazır olduqlarını vurğulayıb.
Albares qeyd edib ki, sözügedən razılaşma region üçün böyük əhəmiyyət kəsb edir və daimi sülhün təmin olunması baxımından mühüm bir imkan yaradır.
Azərbaycan İnformasiya Agentliyi