Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Baş nazir Sxof bildirib ki, ölkəsindəki hazırkı siyasi hadisələr səbəbindən bu gün Kiyevdə ola bilməyib və buna görə də Prezident Zelenski ilə telefon danışığı aparıb.

O, Zelenskiyə Niderlandın Ukraynanı sarsılmaz şəkildə dəstəkləməyə davam edəcəyinə dair əminlik verib və əlavə edib: “Biz, Tramp və Putin arasında Alyaskada keçirilən sammitlərdən, eləcə də Tramp, Zelenski və Avropa liderləri arasında Vaşinqtonda keçirilən sammitlərdən sonra vəziyyəti müzakirə etdik.”

Sxof Putinin ən qısa zamanda danışıqlar masasına oturmasının vacibliyini vurğulayaraq deyib:

“O, həqiqətən davamlı sülhə, Rusiyanın təcavüzünə və Ukrayna xalqına qarşı zorakılığın dayandırılmasına sadiq olduğunu göstərməlidir. Bu arada biz Rusiyaya qarşı təzyiqləri fasiləsiz davam etdirəcəyik, buna yeni və güclü sanksiyaların hazırlanması da daxildir. Bundan əlavə, birgə təhlükəsizlik zəmanətlərini inkişaf etdirməyə davam edəcəyik.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp