Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib ki, ABŞ Prezidenti Donald Tramp ilə Rusiyaya qarşı iqtisadi təzyiqi əlavə tədbirlərlə artırmaq məqsədilə ortaq səylərin gücləndirilməsi barədə müsbət müzakirə aparıb.

O vurğulayıb ki, Komissiya yaxın zamanda kriptovalyutaları, bankları və enerjini hədəf alan 19-cu sanksiya paketini təqdim edəcək və əlavə edib:

“Fosil yanacaqlardan əldə olunan gəlirlərlə ayaqda qalan Rusiyanın müharibə iqtisadiyyatı Ukraynada qan tökülməsini maliyyələşdirir. Komissiya buna son qoymaq üçün Rusiyadan fosil yanacaq idxalının mərhələli şəkildə dayandırılmasını təklif edəcək.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp