BMT: Ukraynadakı müharibənin səssiz qatili - minalar hələ də təhlükə saçır
Nyu-York, 17 may (Hibya) – Birləşmiş Millətlər Təşkilatı (BMT) Ukraynada müharibənin “səssiz bir qatil” buraxdığını bildirərək, tank əleyhinə və piyada minalarının milyonlarla insanın həyatına təhlükə yaratmağa davam etdiyini vurğulayıb.
BMT-nin 2024-cü il məlumatına görə, təkcə bu il ərzində 15 milyon kvadratmetrdən çox ərazi mina təhlükəsi baxımından yoxlanılıb.
BMT-nin açıqlamasında bildirilir ki, hər təmizlənən sahə Ukrayna xalqı üçün daha təhlükəsiz bir həyat deməkdir. “Hər bir təmizlənmiş sahə təhlükəsizlik, dayanıqlılıq və iqtisadi bərpa istiqamətində atılmış bir addımdır,” – deyə vurğulanıb.
Azərbaycan İnformasiya Agentliyi