Bolqarıstanda təcili yardım xəttindən sui-istifadə edən 227 nəfər cərimələnib
Sofiya, 28 oktyabr (Hibya) – Bolqarıstan Daxili İşlər Nazirliyi açıqlayıb ki, Milli 112 Sistemi İdarəsi bir il ərzində təcili yardım xəttindən sui-istifadə edən 227 nəfərə cərimə tətbiq edib.
2024-cü ilin oktyabrından 2025-ci ilin oktyabrınadək 112 xəttinə saxta və ya “zarafat məqsədli” zənglər edən 227 Bolqarıstan vətəndaşı, Daxili İşlər Nazirliyinin Milli 112 Sistemi İdarəsinin “İnzibati-Cinayət Fəaliyyətləri Şöbəsi” tərəfindən cəzalandırılıb.
Cəzaların “Təcili Çağırış Sistemi Qanunu”na əsasən tətbiq olunduğu bildirilib.
Açıqlamada qeyd olunub ki, xəttdən məqsədindən kənar istifadə etdiklərinə görə 137 nəfərə 200 ilə 1000 leva arasında cərimə kəsilib.
“38 nəfər daha az cərimə qarşılığında razılığa gəlib. 14 nəfər pis niyyətli saxta xəbər verdiklərinə görə 2000–5000 leva arasında cərimələnib. 30 nəfər təcili yardım qruplarının lazımsız yerə səfərbər edilməsinə səbəb olduqlarına görə 10 min leva cərimə alıb. 16–18 yaş arası 8 nəfərə ictimai qınaq cəzası verilib. 223 vətəndaş isə təkrar halında cərimə ediləcəkləri barədə yazılı xəbərdarlıq alıb.”
Azərbaycan İnformasiya Agentliyi