Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qətər Xarici İşlər Nazirliyinin məlumatına görə, Böyük Britaniyanın Xarici İşlər, Millətlər Birliyi və İnkişaf Ofisi (FCDO) ilə Qətər Xarici İşlər Nazirliyi Londonda mübahisələrin həlli sahəsində əməkdaşlıq üçün Anlaşma Memorandumu imzalayıb.

Qətər tərəfdən memorandumu Xarici İşlər Nazirliyinin Dövlət naziri Dr. Məhəmməd bin Əbdüləziz bin Salih Əl Xuleyfi, Böyük Britaniya tərəfdən isə FCDO-nun Yaxın Şərq və Şimali Afrika naziri Hamiş Folkoner imzalayıb.

Memorandum Qətər Dövləti və Böyük Britaniya arasında vasitəçilik və mübahisələrin sülh yolu ilə həlli sahəsində əməkdaşlığın gücləndirilməsini, dialoq kanallarının dəstəklənməsini və qarşısının alınması diplomatiyası və münaqişələrin həlli sahələrində təcrübə və bilik mübadiləsini nəzərdə tutur.

Bundan əlavə, memorandum regional və qlobal sülh təşəbbüslərini dəstəkləmək üçün birgə səylərin əlaqələndirilməsini hədəfləyir.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp