Brekelmans: Avropanın təhlükəsizliyini təmin etməyi məqsəd qoyuruq
Amsterdam, 19 iyun (Hibya) – Niderlandın müdafiə naziri Ruben Brekelmans ölkənin müdafiə qabiliyyətini artırmaq məqsədilə orduya əlavə bir batalyon, pilotsuz uçuş aparatları (dronlar) və yeni zirehli döyüş maşınları (gevechtsvoertuigen) veriləcəyini açıqlayıb.
Brekelmans bildirib ki, bu investisiya Ukraynadakı müharibədən çıxarılan dərslər əsasında planlaşdırılıb. O, bu yeni addımların Niderlandın NATO-ya verdiyi töhfəni də gücləndirəcəyini vurğulayıb.
O, bəyanatında deyib: “Avropada Rusiyanın mümkün yeni təcavüzünün qarşısını almağı hədəfləyirik. Hərbi qabiliyyətimizi inkişaf etdirməklə çəkindirməni artırmağı və Avropanın təhlükəsizliyini təmin etməyi qarşıya məqsəd qoyuruq.”
Azərbaycan İnformasiya Agentliyi