Avrozonaya üzv ölkələrin "Bolqarıstan" qərarı
Brüssel, 19 iyun (Hibya) – Avropa İttifaqı (Aİ) Şurası bəyan edib ki, Avrozonaya üzv ölkələr Bolqarıstanın avrozonaya daxil olmaq üçün zəruri iqtisadi şərtləri yerinə yetirdiyi barədə razılığa gəliblər.
Aİ Şurasının bəyanatında qeyd edilir ki, Avrozonaya üzv ölkələr Bolqarıstanın iqtisadi meyarları yerinə yetirdiyinə razılaşıblar.
Bəyanatda Bolqarıstanın 1 yanvar 2026-cı il tarixində avronu rəsmi olaraq qəbul etməsi tövsiyə olunur.
Azərbaycan İnformasiya Agentliyi