Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

ÜST-nin baş direktoru Gebreyesus İsrail və İran arasında artan gərginliyin səhiyyə müəssisələrini və tibbi yardıma çıxışı riskə atdığını qeyd edərək deyib: “İndiyə qədər səhiyyə obyektlərinə edilən hücumlarla bağlı hesabatlar dəhşətlidir.”

O, İsraildəki Soroka Tibb Mərkəzinə hücum nəticəsində onlarla xəstənin yaralandığını, bəzilərinin vəziyyətinin ağır olduğunu bildirib.

“250 xəstə digər səhiyyə müəssisələrinə təxliyə edilib; obyekt zədələnib və yalnız qismən fəaliyyət göstərir. Üç gün əvvəl Tehrana hava hücumu nəticəsində yaralıları xilas edərkən üç İran Qırmızı Aypara əməkdaşı həlak olub. Həmin gün Kirmanşahdakı bir xəstəxana yaxınlıqda baş verən partlayışdan zərər çəkib və reanimasiya şöbəsində zədə yaranıb. Nəticədə təxminən 15 əməkdaş və xəstə yaralanıb.”

Gebreyesus: “Bütün tərəfləri həmişə səhiyyə müəssisələrini, tibbi heyəti və xəstələri qorumağa çağırırıq. Ən yaxşı dərman sülhdür.” – deyə əlavə edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp