Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Pakistanın Baş nazir müavini və xarici işlər naziri senator İshaq Dar, ölkəsinin BMT Təhlükəsizlik Şurasına sədrliyi çərçivəsində keçirilən tədbirlər zamanı Səudiyyə Ərəbistanının İqtisadiyyat və Planlaşdırma naziri Faysal Fadhil əl-İbrahimlə görüş keçirib.

Görüşdə Pakistan və Səudiyyə Ərəbistanı arasındakı qardaşlıq əlaqələri bir daha təsdiqlənib, davamlı sülh, əhatəli rifah və regional harmoniyaya dair ortaq baxış vurğulanıb.

İki ölkə nümayəndə heyətləri ərzaq təhlükəsizliyi, istehsal və mədənlər başda olmaqla müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələsini müzakirə ediblər.

Həmçinin qarşılıqlı faydalı investisiyaların təşviqi və texniki əməkdaşlığın dərinləşdirilməsi barədə razılıq əldə olunub.

Pakistan Xarici İşlər Nazirliyinin məlumatına görə, bu görüş iki ölkə arasındakı güclü münasibətlərin iqtisadi və strateji tərəfdaşlıq əsasında inkişaf etdiyini göstərir.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp