Əliyev Pakistanın Baş naziri Şəriflə görüşüb
Bakı, 7 noyabr (Hibya) – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə görüşüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə görüş keçirib.
Görüş zamanı tərəflər iki ölkə arasında müxtəlif sahələri əhatə edən qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsindən məmnunluq ifadə edib və Azərbaycanla Pakistanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə göstərdiyi qarşılıqlı dəstəyi vurğulayıblar.
Həmçinin görüşdə iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin siyasi münasibətlərin ruhuna uyğun olaraq daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Azərbaycan İnformasiya Agentliyi