Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Əraqçi bu məktubu İsrailin hərbi bazalar, nüvə obyektləri və yaşayış binaları daxil olmaqla İranda həyata keçirdiyi hərbi hücumlar nəticəsində çox sayda hərbi komandirin, universitet professorunun və günahsız qadın və uşaqların şəhid olması və yaralanması səbəbilə göndərib.

O, məktubda İsrailin hücumlarının İranın BMT-nin müstəqil üzvü kimi suverenliyinin və ərazi bütövlüyünün açıq şəkildə pozulması və İrana qarşı açıq təcavüz aktı olduğunu vurğulayıb.

Əraqçi BMT Təhlükəsizlik Şurasını təcili iclasa çağıraraq deyib: “Şura BMT Nizamnaməsinə uyğun olaraq öz məsuliyyətini yerinə yetirməli, bu hücumu qətiyyətlə pisləməli və İsrail rejiminin məsuliyyətə cəlb olunması üçün dərhal konkret tədbirlər görməlidir.”

O, həmçinin İranın BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünü müdafiə etmə qətiyyətini bir daha təsdiqləyib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp