Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Nazirliyin açıqlamasına görə, İranın xarici işlər naziri Əraqçi və Misirin xarici işlər naziri Əbdülati regional hadisələr barədə fikir mübadiləsi aparmaq üçün telefonla danışıq aparıblar.

Görüş zamanı hər iki yüksək vəzifəli diplomat Qəzzada davam edən soyqırıma dair dərin narahatlıqlarını ifadə edib və İsrailin Qəzza şəhərini işğal etmək və sakinlərini zorla köçürmək planını qanunsuz və cinayətkar adlandıraraq qətiyyətlə pisləyiblər. Onlar Qəzzada soyqırımın dərhal dayandırılmasının və bölgəyə humanitar yardımın sürətlə çatdırılmasının vacibliyini vurğulayıblar.

Əbdülati Əraqçini Misir və Qətərin Qəzzada atəşkəsin təmin edilməsi istiqamətində son səyləri barədə məlumatlandırıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp