Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Estoniya, Şimali Atlantika Müqaviləsi Təşkilatından (NATO) təsis müqaviləsinin 4-cü Maddəsini aktivləşdirməyi tələb edib. Bu maddə tərəflərin ərazi bütövlüyünün, siyasi müstəqilliyinin və ya təhlükəsizliyinin təhdid altında olduğunu düşündükdə məsləhətləşmələr aparacağını nəzərdə tutur.

Estoniya ordusu bildirib ki, Rusiyanın MiQ-31 qırıcıları Vaindloo adası yaxınlığında Kiryala körfəzi üzərindən Estoniya hava məkanına daxil olub. 12 dəqiqə sonra təyyarələr hava məkanını tərk edib və onları qarşılamaq üçün İtaliyanın F-35 qırıcıları havaya qaldırılıb.

Estoniyanın Baş naziri Kristen Michael sosial media platforması X-də yazıb: “Belə bir pozuntu qətiyyən qəbuledilməzdir. Estoniya hökuməti NATO-nun 4-cü Maddəsi çərçivəsində məsləhətləşmə tələb etməyə qərar verib.”

Estoniya qısa müddət ərzində hava məkanını pozmaqda Rusiyanı günahlandıran Polşa və Rumıniyadan sonra üçüncü NATO dövləti olub. Polşa da keçən həftə Rusiya PUA-larının hava məkanına daxil olmasının ardından 4-cü Maddənin aktivləşdirilməsini istəmişdi.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp