Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Bəyanatda proqramın "sui-istifadə edildiyi" qeyd olunub və ödəniş edilmədiyi təqdirdə girişin məhdudlaşdırılacağı bildirilib.

Tənqidçilər uzun müddətdir H-1B vizalarının Amerika işçi qüvvəsinə zərər verdiyini iddia edirlər, lakin milyarder Elon Musk da daxil olmaqla tərəfdarları bunun ABŞ-a dünyanın hər yerindən ən yaxşı istedadları cəlb etməyə imkan verdiyini deyirlər.

Tramp digər fərmanda müəyyən miqrantların viza müraciətlərini sürətləndirmək üçün 1.3 milyon dollardan başlayan ödənişlərlə yeni "qızıl kart" yaradıb.

Cümə günü Oval Ofisdə Trampa ABŞ Ticarət naziri Hovard Lutnik də müşayiət edib.

Lutnik deyib: "H1B vizaları üçün ildə 100 min dollardır və bütün böyük şirkətlər bu proqramda iştirak edir. Biz onlarla danışdıq".

O əlavə edib: "Əgər kimisə öyrədəcəksinizsə, ölkəmizin ən yaxşı universitetlərindən birini yeni bitirmiş məzunu öyrədin. Amerikalıları öyrədin. İşlərimizi əlimizdən almaq üçün insan gətirməyi dayandırın".

2004-cü ildən bəri H-1B müraciətlərinin sayı ildə 85 minlə məhdudlaşdırılıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp