Fələstin Xarici İşlər Nazirliyindən beynəlxalq müdaxilə çağırışı
Ramallah, 19 Aprel (Hibya) – Fələstin Xarici İşlər Nazirliyi, məskunlaşmaçı təşkilatların Əl-Əqsa ilə bağlı planlarını dayandırmaq üçün beynəlxalq müdaxiləyə çağırıb.
Fələstin Xarici İşlər və Mühacirlər Nazirliyi, məskunlaşma təşkilatlarına bağlı ivrit platformalarında Əl-Əqsa məscidinin bombalanması və dağıdılaraq yerində saxta bir Məbədin tikilməsi ilə bağlı yayılan xəbərlərdən ciddi narahatlıq ifadə edib.
Nazirlik bunu işğal altındakı Qüdsdə xristian və islam müqəddəs məkanlarına qarşı hücumları artırmaq məqsədilə sistemli bir təxribat kimi qiymətləndirib.
Həmçinin, nazirlik beynəlxalq ictimaiyyəti və BMT-nin aidiyyəti qurumlarını bu təxribatı ən ciddi şəkildə qiymətləndirməyə, İsrail hökumətinin xalqımıza qarşı tətbiq etdiyi təcrid siyasətinə son qoymaq üçün beynəlxalq hüquqa əsaslanan tədbirlər görməyə və xalqın müdafiəsi üçün lazımi mexanizmləri təmin etməyə çağırıb.
Azərbaycan İnformasiya Agentliyi