Gebreyesus: Bu gün tibbi ləvazimat daşıyan 11 yük maşını Qəzzəyə daxil olub
Cenevrə, 9 iyul (Hibya) – Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Dr. Tedros Adhanom Gebreyesus bu gün ÜST və tərəfdaşlarının göndərdiyi tibbi ləvazimatlarla dolu 11 yük maşınının Qəzzəyə daxil olduğunu açıqlayıb.
Dr. Tedros bildirib ki, materiallar ÜST-nin anbarına təhlükəsiz şəkildə çatdırılıb və oradan səhiyyə müəssisələrinə paylanıb.
"Yükə cərrahiyyə materialları, yardım vasitələri, ortopedik alətlər və digər əsas tibbi məhsullar daxildir. Lakin sağlamlıq ehtiyacları hələ də çox böyükdür. Daha çox tibbi ləvazimatlara ehtiyac var. Yanacaq, ərzaq və səhiyyə yardımının Qəzzəyə bütün mümkün yollarla maneəsiz və geniş şəkildə çatdırılmasına təcili icazə verilməsini tələb edirik. Sülh – ən yaxşı dərmandır!"
Azərbaycan İnformasiya Agentliyi