Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Təxminən 1,3 milyon ordu və təhlükəsizlik əməkdaşı, eləcə də təqribən 26 min köçkün səsvermə hüququna malikdir.

Seçkilərdə əsasən məzhəb maraqlarına bağlı partiyalardan olan 7.744 namizəd yarışır. Rəsmi səsvermə günü çərşənbə axşamı təyin edilib.

Baş nazir Məhəmməd Şiya əs-Sudani ikinci müddətə seçiləcəkmi sualına cavab verəcək bu seçkilər İsrail və İran arasında yeni münaqişə qorxusu fonunda, İraqın Tehran və Vaşinqton arasında balans saxlamaq cəhdləri şəraitində keçirilir.

On ildən çox əvvəl İŞİD hücumlarından sonra evlərini tərk edən yezidilər, Şimali İraqın yarı muxtar Kürdüstan bölgəsində, Duhok yaxınlığındakı bir düşərgədə səs veriblər. Onların çoxu siyasi ixtilaflar və infrastruktur çatışmazlığı səbəbindən hələ də evlərinə qayıda bilməyiblər.

Paytaxt Bağdadda isə əsgərlər və polis əməkdaşları ilə yanaşı, əsasən İranın dəstəyi ilə yaradılmış şiə milislərindən ibarət “Xalq Səfərbərlik Qüvvələri” koalisiyasının üzvləri də səs veriblər. Koalisiya 2016-cı ildə rəsmi olaraq İraq ordusunun tabeçiliyinə verilsə də, praktikada hələ də müəyyən müstəqilliklə fəaliyyət göstərir.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp