Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İsrail bu hücumları ABŞ-ın vasitəçiliyi ilə əldə edilmiş atəşkəs razılaşmasının pozulması kimi qiymətləndirib.

İsrail müdafiə naziri İsrael Kats çərşənbə axşamı HƏMAS-ı Qəzzədə İsrail əsgərlərinə hücum etməkdə və öldürülmüş girovların cəsədlərinin qaytarılması şərtlərini pozmaqda ittiham edib. HƏMAS isə hücumla “heç bir əlaqəsi olmadığını” bildirərək atəşkəs razılaşmasına sadiq qaldığını vurğulayıb.

ABŞ prezidenti Donald Tramp atəşkəsin təhlükədə olmadığını müdafiə edib, lakin əlavə edib ki, İsrail əsgərləri hədəfə alınarsa “cavab verməlidir”.

İsrailin hücumları Qəzzə şəhəri, Beyt Lahiya, əl-Bureyc, Nuseyrat və Xan Yunisdə evləri, məktəbləri və yaşayış yerlərini vurub.

İsrailin baş naziri Benyamin Netanyahunun ofisindən çərşənbə axşamı axşam verilən qısa bəyanatda bildirilib ki, Netanyahu ordusuna “güclü hücum” əmri verib, lakin səbəblər açıqlanmayıb.

Lakin Kats bildirib ki, HƏMAS çərşənbə axşamı Qəzzədə İsrail əsgərlərinə hücum edərək “kəskin bir qırmızı xətti keçib”.

İsrail mediası Qəzzənin cənubundakı Rəfah şəhərində əsgərlərin tank əleyhinə raket və snayper atəşinə məruz qaldığını, Fələstin mediası isə eyni vaxtda bölgədə İsrail artilleriya atəşi açıldığını xəbər verib.

İsrail ordusunun çərşənbə axşamı axşam Qəzzəyə hava zərbələri endirməsindən sonra şahidlər bölgənin müxtəlif hissələrində, o cümlədən şimalda Qəzzə şəhəri və cənubda Xan Yunis daxil olmaqla güclü partlayışların baş verdiyini bildiriblər.

HƏMAS döyüşçülərinin İsrail qüvvələrinə hücum etdiyi iddialarını rədd edən və İsrail hücumlarını pisləyən bəyanat yayıb.

Bəyanatda deyilir: “HƏMAS Rəfahtakı silahlı hücumla heç bir əlaqəsi yoxdur və atəşkəs razılaşmasına sadiqliyini təsdiqləyir. İşğalçı faşist [İsrail] ordusunun Qəzzə zolağının bəzi bölgələrinə həyata keçirdiyi cinayət xarakterli bombardman atəşkəsin açıq şəkildə pozulmasıdır.”

Eyni zamanda, qrupun hərbi qanadı çərşənbə axşamı ələ keçirilmiş bir girovun cəsədinin qaytarılmasını İsrailin “pozuntuları”na görə təxirə salacağını bildirib.

ABŞ vitse-prezidenti Vens Vaşinqtonda jurnalistlərə deyib: “Atəşkəs davam edir. Bu o demək deyil ki, burada və orada kiçik toqquşmalar olmayacaq.”

“Bilirik ki, HƏMAS-dan və ya Qəzzədəki başqa bir qrupdan kimsə bir [İsrail] əsgərinə hücum edib. İsraillilərin cavab verəcəyini gözləyirik, amma buna baxmayaraq, prezidentin sülhünün davam edəcəyinə inanırıq.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp