Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İsrail Müdafiə Qüvvələri (IDF) bildirib ki, Duvdevan birliyinə bağlı əsgərlər Balata düşərgəsində bölgənin terror təşkilatlarından birinin yüksək səviyyəli üzvünü yaxalamaq üçün əməliyyat keçiriblər.

IDF-in açıqlamasında qeyd olunub:

"Axtarış zamanı axtarılan şəxs atəş açılaraq zərərsizləşdirildi. Onun avtomobilində aparılan axtarışda tapança və daraqlar aşkar edildi. Evdə olan digər terrorçu isə saxlanılaraq dindirmə üçün təhlükəsizlik qüvvələrinə təhvil verildi. Terrorçunun şəxsiyyəti müəyyən olunub – Nablus sakini Ömər Mustafa Əbu Lil. O, son illərdə Balatada terror infrastrukturu sahəsində tanınmış şəxslərdən biri olub. Nablus bölgəsində IDF qüvvələrinə qarşı həyata keçirilən silahlı hücumlarda iştirak etmiş, lakin həmin hücumlarda ölüm hadisəsi qeydə alınmayıb. Eyni zamanda o, Nablus və Cenindəki terror qruplarına silah ötürməkdə, eləcə də axtarılan şəxslərə sığınacaq və yardım göstərməkdə rol oynamışdır."

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp