İsrail ordusu Qəzza zolağında quru əməliyyatına başladı
Qüds, 18 may (Hibya) – İsrail Müdafiə Qüvvələri (IDF) bildiriblər ki, qüvvələr Qəzza zolağının şimal və cənub hissələrində genişmiqyaslı quru əməliyyatına başlayıblar.
IDF-nin açıqlamasına görə, Cənub Komandanlığına tabe olan həm daimi, həm də ehtiyat qüvvələr “Gideonun Arabaları Əməliyyatı” çərçivəsində Qəzza zolağının şimal və cənub bölgələrində hərbi əməliyyata başlayıblar.
Açıqlamada Hərbi Hava Qüvvələrinin bölgədə fəaliyyət göstərən qüvvələrə fasiləsiz dəstək verdiyi qeyd olunub:
“Qüvvələrimiz indiyədək onlarla terrorçunu zərərsizləşdirib, terror təşkilatının yeraltı və yerüstü infrastrukturunu məhv edib və hazırda Qəzza zolağındakı bəzi nəzarət olunan bölgələrdə yerləşiblər. İsrail Müdafiə Qüvvələri zəruri olduqda, İsrail vətəndaşlarını qorumaq üçün Qəzzadakı terror təşkilatlarına qarşı əməliyyatlarını davam etdirəcək.”
Azərbaycan İnformasiya Agentliyi