Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Marmorstein, IPC-nin Qəzza ilə bağlı hesabatına dair açıqlama verib.

Marmorstein iddia edib ki, hesabat HƏMAS-ın apardığı “saxta kampaniya”ya uyğun olaraq hazırlanıb.

O bildirib ki, IPC hesabatda öz qaydalarını təhrif edərək İsrailə qarşı əsassız ittihamlar irəli sürüb, qlobal standartdakı 30%-lik həddi bu hesabat üçün 15%-ə endirib və ölüm göstəricisi meyarını nəzərə almayıb.

Sözçü deyib: “Qəzzada aclıq yoxdur”, və əlavə edib ki, müharibənin başlanğıcından bəri bölgəyə 100 mindən çox yardım yük maşını daxil olub və son yardımlardan sonra ərzaq qiymətləri kəskin şəkildə enib.

Marmorstein vurğulayıb ki, müharibə dövründə IPC-nin Qəzza ilə bağlı bütün proqnozları səhv çıxıb və son qiymətləndirmənin də “siyasi sənədlərin zibilliyinə atılacağını” bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp