Lahbib: İsrailin Suriyada mülki şəxsləri hədəf alan hava hücumları dərhal dayandırılmalıdır
Brüssel, 16 iyul (Hibya) – Avropa İttifaqının Bərabərlik, Hazırlıq və Böhran İdarəetməsi üzrə Komissarı Hacə Lahbib İsrailin Suriyaya hücumlarını pisləyib.
Lahbib bildirib ki, İsrailin Suriyanın Süveyda bölgəsində və Dəməşqdə mülki şəxsləri hədəfə alan hava hücumları dərhal dayandırılmalıdır.
O, ölkədə baş verən icmalararası zorakılıq hadisələri ilə bağlı dərin narahatlığını da ifadə edərək deyib: “Avropa İttifaqı bütün zorakılıq əməllərinin dərhal dayandırılmasını, mülki şəxslərin qorunmasını və tam məsuliyyətin təmin olunmasını tələb edir.”
Azərbaycan İnformasiya Agentliyi