Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Lazzarini qeyd edib ki, UNRWA klinikalarından gələn yeni məlumatlar narahatedicidir və mart ayından bəri 5 yaşdan kiçik təxminən 100 min uşaq agentlik tərəfindən yoxlanılıb.

O vurğulayıb ki, 6 aydan az müddətdə Qəzza zolağında uşaqlar arasında qidalanma çatışmazlığı üç dəfə artıb: “Qəzza şəhərində isə hər 3 uşaqdan 1-i qidalanma çatışmazlığından əziyyət çəkir – atəşkəsin çökməsindən əvvəlki dövrlə müqayisədə 6 dəfə artım. Bu təbii fəlakət deyil. Bu, insan əli ilə yaradılmış və qarşısı alına biləcək aclıq siyasətidir.”

Lazzarini bildirib ki, UNRWA və digər humanitar təşkilatlar demək olar ki, 6 aydır ki, yardım gətirə bilmir və əlavə edib:

“Bir daha çağırış edirik: UNRWA və digər humanitar təşkilatlar vasitəsilə həyat qurtaran yardımların daxil olmasına icazə verin. Əks halda daha çox uşaq ölməyə davam edəcək. Bu vəhşiliyi dayandırmaq üçün lazım olan yeganə şey siyasi iradədir.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp