Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Makron bu açıqlamanı cümə axşamı gecə, ifrat sağ və ifrat sol liderlər istisna olmaqla, bütün əsas partiyaların rəhbərləri ilə Yelisey sarayında görüşdükdən bir neçə saat sonra edib.

Lekornunun qayıdışı gözlənilməz olub, çünki o, cəmi iki gün əvvəl milli televiziyada “vəzifənin dalınca getmədiyini” və “missiyasının başa çatdığını” demişdi.

Onun hökumət qura biləcəyi belə dəqiq deyil, lakin dərhal işə başlamalı olacaq. Yeni baş nazirin gələn ilin büdcəsini parlamentə təqdim etməsi üçün son müddət bazar ertəsidir.

Yelisey Sarayından bildirilib ki, prezident “Lekornuya hökumət formalaşdırmaq tapşırığı verib” və Makronun komandası ona “tam səlahiyyət” təqdim edib.

39 yaşlı Lekornu, Makronun ən sadiq müttəfiqlərindən biri kimi, daha sonra X (əvvəllər Twitter) platformasında dərc olunan uzun açıqlamasında bildirib ki, o, “il sonuna qədər Fransaya büdcə təmin etmək və vətəndaşlarımızın gündəlik problemlərinə cavab vermək üçün prezident tərəfindən verilən tapşırığı vəzifə borcu kimi qəbul etdiyini” vurğulayıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp