Quterreş: Hər qız uşağı, hər yerdə bərabərliyi, imkanı və ləyaqəti haqq edir
Nyu-York, 11 oktyabr (Hibya) – BMT-nin Baş katibi Antonio Quterreş 11 oktyabr – Beynəlxalq Qız Uşaqları Günü münasibətilə mesaj yayıb.
BMT Baş katibi Quterreş bildirib: “Böhranlarla əhatə olunmuş bir dünyada, ən çox əziyyəti çəkənlər çox vaxt qız uşaqları olur. Amma həll yollarına da məhz onlar rəhbərlik edirlər – gender bərabərliyi, təhsil, iqlim fəaliyyəti və bir çox digər sahələrdə hərəkatlara öncülük edirlər. Hər qız uşağı, hər yerdə bərabərliyi, imkanı və ləyaqəti haqq edir.”
Azərbaycan İnformasiya Agentliyi