Makron: Meksika ilə dostluğumuzun yeni bir səhifəsini yazırıq
Meksika, 8 noyabr (Hibya) – Fransa Prezidenti Emmanuel Makron Meksikaya səfəri çərçivəsində Meksika Prezidenti Klaudia Şeinbaum ilə görüşüb.
Makron sosial media hesabında yazıb: “Hörmətli Prezident Klaudia Şeinbaum, Meksikada göstərdiyiniz isti qarşılanmaya görə təşəkkür edirəm. Meksika Fransanın dostu və strateji tərəfdaşıdır.”
O, general Şarl de Qollun Meksikaya səfərindən 61 il keçdiyini xatırladaraq bildirib: “Uzun və zəngin ortaq tariximizin yeni bir fəsilini yazmağa davam edirik.”
Azərbaycan İnformasiya Agentliyi