İran ABŞ-da kütləvi həbslərə etiraz edib
Tehran, 16 iyul (Hibya) – İran Xarici İşlər Nazirliyi yanında Yüksək Qürbətçilər Şurası Katibliyinin baş direktoru Əlirza Haşimi Rəcai ABŞ-da yaşayan iranlı vətəndaşlara qarşı kütləvi həbsləri və onlara qarşı davranışı sərt şəkildə pisləyib.
Haşimi Rəcai qeyd edib ki, bu tədbirlər Vaşinqtonun sionist rejimin İranın suverenliyi və ərazi bütövlüyünə qarşı hərbi hücumlarına verdiyi dəstək və iştirakından sonra baş verib. O, bu davranışların beynəlxalq hüquq normalarının və prinsiplərinin açıq-aşkar pozuntusu olduğunu vurğulayıb.
Azərbaycan İnformasiya Agentliyi