Özbəkistan və Bəhreyn XİN rəhbərləri Manamada görüşdü
Daşkənd, 21 avqust (Hibya) – Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov Bəhreynin xarici işlər naziri Dr. Əbdüllətif bin Rəşid Əlzeyani və onun nümayəndə heyəti ilə Bəhreynin paytaxtı Manamada görüşüb.
Görüş iki ölkə arasındakı münasibətlərin daha da gücləndirilməsi məqsədilə səmimi və konstruktiv şəraitdə keçirilib.
Tərəflər siyasi dialoqun genişləndirilməsi, ticarət və investisiya həcminin artırılması, eləcə də institusional təcrübə mübadiləsi ilə bağlı fikir mübadiləsi aparıblar. Həmçinin regional və qlobal əməkdaşlığa dair aktual və mühüm mövzular müzakirə olunub.
Mərkəzi Asiya ilə Körfəz ölkələri arasında əməkdaşlığın inkişafına xüsusi diqqət ayrılan görüşdə diplomatik pasport sahibləri üçün vizadan azadolma barədə saziş də imzalanıb.
Nazir Saidov vurğulayıb ki, Özbəkistan və Bəhreyn arasındakı münasibətlər dostluq və qarşılıqlı hörmət əsasında inkişaf edir və görüşdə müzakirə olunan ideyaların konkret layihələrə çevrilməsi istiqamətində qətiyyət nümayiş etdirib.
Azərbaycan İnformasiya Agentliyi