Pakistanın Xarici İşlər Naziri Dar Dakkaya çatdı
Dakka, 23 avqust (Hibya) - Pakistanın Baş nazirinin müavini və Xarici İşlər Naziri, senator Məhəmməd İshaq Dar rəsmi görüşlər üçün Banqladeşin paytaxtı Dakkaya çatıb.
Darı hava limanında Banqladeş Xarici İşlər Nazirliyinin katibi, səfir Asad Alam Siam, Pakistanın Dakkadakı səfiri İmran Haider və digər yüksək vəzifəli Banqladeş rəsmiləri qarşılayıblar.
Səfərin iki ölkə arasında diplomatik əlaqələrin gücləndirilməsi və regional əməkdaşlığın artırılması baxımından əhəmiyyətli olduğu bildirilir.
Azərbaycan İnformasiya Agentliyi