Prezident Ərdoğan və Rusiya Prezidenti Putin telefonla danışdılar
Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
Danışıqlar zamanı Alyaska Zirvəsinin nəticələri və Türkiyə ilə Rusiya arasındakı ikitərəfli münasibətlər, xüsusən də ticarət əlaqələri müzakirə olunub.
Prezident Ərdoğan sülh prosesindəki inkişafları yaxından izlədiklərini vurğulayıb və qeyd edib ki, Türkiyə müharibənin əvvəlindən bəri ədalətli sülhün təmin olunması üçün səmimi səylər göstərir. O, bütün tərəflərin iştirakı ilə davamlı sülhün qurulmasına yönəlmiş yanaşmaları dəstəklədiyini bildirib.
Rusiya Prezidenti Putin isə İstanbul prosesinə diqqət çəkərək, sülh danışıqlarına ev sahibliyi etdiyinə və göstərdiyi səylərə görə Prezident Ərdoğana təşəkkür edib.
Görüşün sonunda hər iki lider Türkiyə ilə Rusiya arasında dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.
Azərbaycan İnformasiya Agentliyi