Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Partlayışın mənbəyi qalaksiyanın mərkəzində yerləşən parlaq və sıx bir bölgə olan aktiv qalaktik nüvədən (AGN) gəlir və bu nüvə maddəni fəal şəkildə udan superkütləvi qara dəlik tərəfindən qidalanır. Qaz və toz qara dəliyin ətrafında fırlanan diskin içinə düşür və sürətlə qızaraq güclü radiasiya yayır.

Tədqiqatçılar müəyyən ediblər ki, bu qədər güclü parlaqlığın yaranması, əks halda partlayaraq həyatını bitirəcək nəhəng bir ulduzun udulması nəticəsində baş verə bilər.

*Nature Astronomy* jurnalında dərc olunan araşdırmanın baş müəllifi, Kaliforniya Texnologiya İnstitutunun astronomiya professoru Metyu Qraham bildirib: “Təxminən 10 min aktiv qalaktik nüvədən biri bu tip parlaqlıq fəaliyyəti göstərir, lakin bu hadisə o qədər ekstremaldır ki, öz kateqoriyasına daxildir (təxminən milyonda bir hadisə).”

Bu partlayış göstərir ki, superkütləvi qara dəliklərin yerləşdiyi böyük qalaksiyaların mərkəzlərində hələ tanınmayan nəhəng ulduz populyasiyaları mövcuddur və bu, iki nəhəng obyekt arasındakı mürəkkəb qarşılıqlı təsirə işıq salır.

“Supermen” ilk dəfə 2018-ci ilin noyabrında Cənubi Kaliforniyadakı Palomar Rəsədxanasında *Catalina Real-Time Transient Survey* və *Zwicky Transient Facility* tərəfindən aşkar edilib. Geniş bucaqlı kamera ilə təchiz edilmiş Zwicky rəsədxanası astronomların qısaömürlü kosmik hadisələri, məsələn, sürətli supernovaları kəşf etməsinə imkan verməsi ilə tanınır.

Qraham bildirib ki, obyekt əvvəlcə qeyri-adi görünmürdü — sadəcə çox parlaq idi. Astronomlar əvvəlcə bunun blazar olduğunu düşündülər — kosmos boyunca enerjili maddə axınları atan superkütləvi qara dəlik.

Beş il sonra komanda ilkin məlumatları yenidən təhlil etdi və siqnalın parlaqlığında dəyişkənlik aşkarladı. Havay adalarındakı W. M. Keck Rəsədxanası da daxil olmaqla digər teleskoplarla aparılan sonrakı müşahidələr isə işıq mənbəsinin əvvəl güman ediləndən xeyli daha parlaq və enerjili olduğunu üzə çıxardı.

Alimlər belə qənaətə gəldilər ki, işıq Günəşin kütləsindən təxminən 500 milyon dəfə böyük olan aktiv qalaktik nüvədən gəlir.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp