Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Bruney sultanı Bolkiah Qətərin Xarici İşlər Nazirliyinin Dövlət Naziri Sultan bin Səid Əl Murayxi ilə görüşüb.

Görüş zamanı nazir Əl Murayxi Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani-nin salamlarını Bruney sultanına çatdırıb.

Bolkiah isə öz növbəsində nazir Əl Murayxidən xahiş edib ki, onun salamlarını Əmir Şeyx Təmim bin Həməd Al Tani-yə çatdırsın və Əmirə sağlamlıq, xoşbəxtlik, Qətər Dövlətinə isə davamlı tərəqqi və rifah arzulayıb.

Görüşdə həmçinin iki ölkə arasındakı ikitərəfli əlaqələr, bu münasibətlərin gücləndirilməsi və inkişaf etdirilməsi yolları, eləcə də qarşılıqlı maraq doğuran müxtəlif məsələlər müzakirə olunub.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp