Quterreş Konqodakı hücumları pislədi
Nyu-York, 23 noyabr (Hibya) – BMT-nin Baş katibi Antoniu Quterreş Konqo Demokratik Respublikasında 89 nəfərin ölümünə səbəb olan hücumları pisləyib və BMT-nin mülki şəxslərin müdafiəsini davam etdirəcəyini bildirib.
BMT Baş katibi Antoniu Quterreş, Konqo Demokratik Respublikasında «Allied Democratic Forces» silahlı qrupunun həyata keçirdiyi və ən azı 89 nəfərin həlak olduğu hücumları pislədi.
Quterreş vurğuladı ki, BMT MONUSCO missiyası vasitəsilə Konqo hakimiyyətinə mülki əhalinin müdafiəsi, insan hüquqlarının pozulmasının qarşısının alınması və cəzasızlıqla mübarizədə dəstək göstərməyə davam edəcək.
Azərbaycan İnformasiya Agentliyi