Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Çinin Harbin şəhərində keçirilən Şimal Dəniz Marşrutu (NSR) üzrə Əməkdaşlıq Altkomitəsinin iclasında Rusiya tərəfini “Rosatom” Dövlət Şirkətinin baş direktoru Aleksey Lixaçev, Çin tərəfini isə nəqliyyat naziri Liu Vey təmsil edib. Görüşdə əməkdaşlığın inkişaf etdirilməsi barədə razılıq əldə olunub.

Dövlət şirkəti bəyan edib: “Yol xəritəsinin hazırlanması və təsdiqlənməsi davamlı nəqliyyat dəhlizinin yaradılmasına yönəlib. Əməkdaşlıq nəqliyyat səmərəliliyini artırmaq və iri layihələrin inkişafı üçün müasir logistik və texnoloji həllərin tətbiqini nəzərdə tutur.”

Şimal Dəniz Marşrutu Qərbi Avrasiya ilə Asiya-Sakit okean regionu arasında ən qısa gəmiçilik marşrutudur və təxminən 5600 kilometr uzunluğundadır. “Rosatom”un məlumatına görə, 2024-cü ildə Şimal Dəniz Marşrutu üzrə yük dövriyyəsi rekord səviyyəyə çataraq təxminən 37,9 milyon ton olub və əvvəlki ilin göstəricisini 1,6 milyon ton çox keçib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp