Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Nazirlər Yaxın Şərqdəki cari hadisələr barədə geniş fikir mübadiləsi aparıblar.

Müzakirələrdə xüsusilə Fələstin-İsrail münaqişəsi bölgəsindəki vəziyyət müzakirə olunub, Qəzza zolağında toqquşmaların dərhal dayandırılmasının və Fələstin bölgəsinə maneəsiz humanitar yardımın çatdırılmasının vacibliyi vurğulanıb.

Tərəflər həmçinin İranın nüvə proqramı və Afrika qitəsindəki davam edən regional münaqişələr barədə də fikirlərini bölüşüblər.

Ukrayna böhranı ilə bağlı Lavrov Misirdəki həmkarına Alyaskada keçirilən Rusiya-ABŞ sammitinin əsas nəticələri barədə məlumat verib.

Müzakirələrdə həmçinin Rusiya və Misir arasında əməkdaşlığın dərinləşdirilməsi yolları, xarici siyasətdə koordinasiyanın gücləndirilməsi və ticarət əlaqələrinin genişləndirilməsi üçün prioritet addımlar da müzakirə olunub.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp