Sibixa: Putini dayandırmağın yolu beynəlxalq təzyiqi artırmaqdan keçir
Kiyev, 8 noyabr (Hibya) – Ukraynanın xarici işlər naziri Andrii Sibixa bildirib ki, Rusiyanın gecə ərzində 450 pilotsuz uçuş aparatı və 45 raketlə həyata keçirdiyi genişmiqyaslı hücum nəticəsində ən azı iki nəfər həlak olub, ikisi uşaq olmaqla azı 11 nəfər yaralanıb.
Sibixa qeyd edib ki, hücumlar bir daha mülki şəxsləri və gündəlik həyatı hədəfə alıb, bir çox bölgələrdə elektrik, su və istilik infrastrukturu dağıdılıb, dəmir yolu şəbəkələri və digər vacib obyektlər zərər görüb.
O vurğulayıb ki, Rusiyanın hücumları müharibənin uzanmasına səbəb olur: “Dünyada bu müharibənin davam etməsini istəyən yeganə ölkə Rusiyadır. Putin hələ də hesab edir ki, o, qələbə qazana və cinayətlərinə görə məsuliyyətdən qaça bilər.”
Naizr əlavə edib ki, müharibənin sona çatması üçün beynəlxalq ictimaiyyət daha güclü təzyiq göstərməlidir: “Bu müharibəni dayandırmaq üçün Putini dayandıracaq səviyyədə beynəlxalq təzyiqə ehtiyacımız var.”
Sibixa bildirib ki, müharibə yalnız o halda başa çata bilər ki, Rusiya enerji gəlirlərindən məhrum edilsin, onun hərbi maşını uzaqmənzilli zərbələrlə zəiflədilsin və Putin terrorla heç bir nəticə əldə edə bilməyəcəyini dərk etsin.
Azərbaycan İnformasiya Agentliyi