Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Tramp ənənələri pozaraq bu il ölkənin ən yüksək incəsənət mükafatını alanların şərəfinə xüsusi bir tədbir keçirəcək.

Vəzifəyə qayıtdıqdan sonra Tramp Con F. Kennedi Səhnə İncəsənətləri Mərkəzinin prezidentini və idarə heyətinin böyük hissəsini vəzifədən azad edərək rəhbərliyi öz üzərinə götürdü. Bu addım bir çoxları tərəfindən incəsənətə siyasi müdaxilə kimi qiymətləndirildi.

Çərşənbə günü verdiyi açıqlamada Tramp, federal vəsait alan mərkəzi tamamilə yenidən qurmağı planlaşdırdığını bildirib.

O, bu ilki qaliblərin seçimində “98%” iştirak etdiyini vurğulayaraq, “Çox böyük töhfə verdim” deyib.

Tramp həmçinin bəzi sənətçilərin mükafatı qəbul etmədiyini etiraf edib ki, bu da onun 54 yaşlı mərkəzə rəhbərliyindən narazılığa bir işarə idi.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp