Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Juneau Milli Hava Xidməti (NWS) ofisi, buzlaq partlamasından qaynaqlanan suyun Mendenhall çayına axması və bölgədəki evləri riskə atması səbəbindən sel xəbərdarlığı yayıb.

Yerlı rəsmilər günlərdir sakinləri təxliyə etməli ola biləcəkləri barədə xəbərdarlıq edirlər. Çərşənbə axşamı onlar suyun buz bəndindən sızmağa başladığını və qarşıdakı günlərdə sel gözlənildiyini təsdiqləyiblər.

Populyar turistik məkan olan buzlaq, Juneau şəhərindən 19 km uzaqlıqda yerləşir.

NWS, çərşənbə axşamı su səviyyəsinin 3 metrə çatdığını və bunun 4,4 metrdən başlayan böyük sel səviyyəsindən aşağı olduğunu bildirib. Lakin çərşənbə günü səhər saatlarında su 4,7 metrdən yuxarı qalxıb ki, bu da zirvə hesab olunur.

Hava mütəxəssisi Nikol Ferrin çərşənbə axşamı keçirdiyi mətbuat konfransında: “Əlimizdə olan bütün məlumatlara əsaslanaraq, bu yeni rekord olacaq” deyib.

Juneau şəhərinin veb saytı izah edir ki, buzlaq gölü daşqınları qarın, buzun və yağışın əriməsindən yaranan gölün sürətlə boşalması ilə baş verir. Bu proses dolu vannadan tıxacı çıxarmağa bənzəyir. Ərimə suları müəyyən səviyyəyə çatdıqda, əvvəllər onları saxlayan buzlaq üzərindən keçə bilər.

Alyaska qubernatoru Mayk Dunleavy, bazar günü Juneau bölgəsində “buzlaq gölü daşqını (GLOF) səbəbindən fəlakət səviyyəsində sel təhlükəsi” elan edib.

Bö lgədə daşqınlar 2011-ci ildən bəri hər il narahatlıq yaradır; evlər ziyan görüb və ya sular tərəfindən aparılıb. Keçən il yüzlərlə ev ziyan gördü.

Qlobal temperatur artdıqca dağ buzlaqları kiçilir.

Əlavə ərimə suları toplanaraq buzlaq gölləri əmələ gətirə bilər. Alimlər 1990-cı ildən bəri bu göllərin sayının və ölçüsünün artdığını müşahidə ediblər.

Bu gölləri yerində saxlayan təbii buz və qayalıq bəndlər qəfil və proqnozlaşdırılmadan çökərək daşqınlara səbəb ola bilər.

Tədqiqatçılar, iqlim dəyişikliyinin gələcəkdə bu cür qəfil daşqınların sayını artıracağını proqnozlaşdırırlar.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp