Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Zelenski bu günün Ukrayna və Fransa üçün həqiqətən tarixi və əhəmiyyətli bir an olduğunu deyib.

O, Prezident Makron ilə birlikdə Əməkdaşlıq üzrə Niyyət Bəyannaməsini imzaladıqlarını qeyd edərək bunları bildirib:

“Bu sənəd Ukraynanın Fransanın müdafiə sənayesindən və texnoloji infrastrukturundan hərbi avadanlıq əldə etməsinə imkan verir. Buraya 2035-ci ilə qədər Ukraynanın hərbi aviasiyası üçün 100 Rafale F4 təyyarəsi, SAMP/T hava hücumundan müdafiə sistemləri, hava hücumundan müdafiə radarları, hava-hava raketləri və hava bombaları daxildir.”

Zelenski həmçinin bildirib ki, iki ölkənin müdafiə sektorları arasında birgə layihələr bu il başlayacaq: “Əleyhdar dron sistemləri birgə istehsal olunacaq və Ukrayna dronlarına inteqrasiya oluna biləcək vacib texnologiya və komponentlərin hazırlanması üzərində işlənəcək.”

Zelenski Fransa, Prezident Emmanuel Makron və bütün Fransa xalqına təşəkkürünü bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp