Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Yapon Meteorologiya Agentliyinin məlumatına görə, bazar günü axşam Yaponiyanın şimalında güclü zəlzələ baş verib və ardınca bir neçə təkan qeydə alınıb. Sunami xəbərdarlığı edilib.

6,7 bal gücündə zəlzələ yerli vaxtla saat 17:00 radələrində, dəniz səthindən 10 kilometr dərinlikdə, İvate prefekturası sahillərində baş verib.

Regiondakı iki atom elektrik stansiyasında hər hansı xəsarət, zərər və ya anormallıq qeydə alınmayıb.

Agentlik şimal sahil bölgəsi üçün dalğaların bir metrədək yüksələ biləcəyi barədə sunami xəbərdarlığı yayıb. Xəbərdarlıq ilkin təkanlardan bir saat sonra da qüvvədə qalıb.

İctimai yayımlayıcı NHK əhalini sunami təhlükəsi səbəbindən sahil ərazilərindən uzaq durmağa çağırıb və əlavə təkanların ola biləcəyi barədə xəbərdarlıq edib.

NHK xəbər verib ki, İvate prefekturasının Ofunato şəhərində, Ominato limanında, Miyako və Kamaishi şəhərlərində təxminən 10 santimetr hündürlüyündə dalğalar, Kuji sahil bölgəsində isə 20 santimetrədək yüksəklik müşahidə olunub.

Zəlzələdən sonra yaranan sunami dalğaları bir neçə saat davam edə, sahili dəfələrlə vura və zamanla güclənə bilər. İvate prefekturasında afterşoklar davam edib.

JR East dəmir yolu operatorunun məlumatına görə, regionda sürətli qatarların hərəkəti müvəqqəti dayandırılıb. Kyodo News isə zəlzələlərin elektrik kəsintilərinə səbəb olduğunu bildirib.

ABŞ Geoloji Xidməti ilkin zəlzələnin gücünü 6,8 bal olaraq qiymətləndirib.

Sakit okeanın “od halqası”nda yerləşən Yaponiya dünyanın ən çox zəlzələyə meyilli ölkələrindən biridir. Region 2011-ci ilin mart ayında dağıdıcı zəlzələ və sunami ilə üzləşmişdi.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp