Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Yermak bildirdi ki, Vaşinqtondan qayıtdıqdan dərhal sonra Almaniya, İtaliya, Fransa, Böyük Britaniya, Finlandiyanın milli təhlükəsizlik müşavirləri, həmçinin Aİ və NATO nümayəndələri ilə ilk və çox uzun koordinasiya görüşünü keçirib.

O vurğuladı ki, liderlərin müəyyən etdiyi prioritetlər əsasında hamı birlikdə açıq şəkildə hərəkət edir. “Təcavüzün təkrarlanmasının qarşısını almaq üçün hər şey son dərəcə konkret və effektiv olmalıdır. Biz 'Budapeşt' səhvini və onilliklər ərzində verilmiş bəyanatları xatırlayırıq. Bizim dövrümüzdə heç bir səhv olmayacaq”, - deyə Yermak bildirib.

Yermak əlavə edib ki, təhlükəsizlik zəmanətlərinin hərbi istiqamətində, ilk növbədə hərbi məsələlər üzrə komandalar artıq fəal işə başlayıblar.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp