Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Zelenski, Niderlandın Baş naziri Dik Sxof ilə telefon danışığı apardığını açıqlayıb.

O, bugünün Ukrayna üçün çox xüsusi bir gün olduğunu vurğulayıb: “Dik, xalqımıza və bütün ukraynalılara verdiyiniz vacib və səmimi dəstək sözləriniz üçün təşəkkür edirik. Niderlandın dəstəyini və niderland xalqının həmrəyliyini yüksək qiymətləndiririk. Yanımızda durduğunuz və həyatların qorunmasına kömək etdiyiniz üçün təşəkkürlər.”

Zelenski əlavə edib ki, söhbət zamanı tərəfdaşları ilə diplomatik səyləri və Vaşinqtondakı görüşləri müzakirə ediblər:

“Artıq bu müharibəni bitirmək üçün real bir şans var və Ukrayna həqiqi sülhü daha da yaxınlaşdıra biləcək konstruktiv addımlar atmağa hazırdır. Lakin Rusiya sülhə dair heç bir niyyət göstərmir və şəhərlərimizi bombalamağa davam edir. Son günlər Moskvadan gələn bütün siqnalları eyni cür şərh edirik. Onların mövqelərini dəyişdirmələri üçün təzyiqə və bütün məsələləri müzakirə etmək üçün ən yüksək səviyyədə bir görüşə ehtiyac var.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp