Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Sənəddən məlum olur ki, nümayəndə heyətinə Radanın Təhlükəsizlik və Müdafiə Sektoru Qurumlarında İnsan Hüquqları Komissarının nümayəndəsi Yuri Kolbasa və Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının müavini Yevgeni Ostrianski də daxildir.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Mərkəzi Hüquq İdarəsinin Beynəlxalq və Əməliyyat Hüququ Bölməsinin müdiri Aleksey Malovetskinin yerinə müavini Andrey Fomin danışıqlarda iştirak edəcək.

Çərşənbə günü səhər saatlarında bir mənbə rus nümayəndə heyətinin sayında dəyişiklik olmadığını bildirib.

Tərəflər may və iyun aylarında İstanbulda iki raund danışıqlar keçirib. Nəticədə əsir mübadiləsi baş verib və Ukrayna Silahlı Qüvvələrinin şəhid hərbçilərinin cəsədləri Ukraynaya təhvil verilib. Nümayəndə heyətləri həmçinin sülh yolu ilə həllə dair layihə memorandumlarını qarşılıqlı təqdim edib. Yeni görüşdə memorandumlar və humanitar məsələlərin müzakirə olunması gözlənilir.

Çərşənbə axşamı Türkiyə mənbəsi RİA Novosti-yə bildirib ki, Moskva ilə Kiyev arasındakı üçüncü raund danışıqların Çərşənbə günü Moskva vaxtı ilə saat 19:00-da Çırağan Sarayında keçirilməsi gözlənilir, lakin tarix və saat hələ müəyyən deyil. Rusiya bu məlumatı təsdiqləməyib.

Şənbə günü Volodimir Zelenski bildirib ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Ümərov gələn həftə yeni raund danışıqların keçirilməsini təklif edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp